İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 20-ci turu çərçivəsində “Mançester Siti” və “Çelsi” komandaları arasında keçirilən oyun başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Mançesterdə yerləşən “Etihad” stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Görüşün baş hakimi Aşinqtondan olan Maykl Oliver olub.
Matçın 42-ci dəqiqəsində Teyani Reynders “şəhərlilər”i hesabda önə çıxarıb. Oyunun son anlarında, 90+4-cü dəqiqədə isə Enso Fernandes qonaqların bərabərlik qolunu vurub.
Bu nəticədən sonra “Mançester Siti” 42 xalla Premyer Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Çelsi” isə 31 xalla 5-ci yerdə mövqeyini qoruyur.
Növbəti turda, 7 yanvar tarixində “Mançester Siti” doğma meydanda “Brayton”u qəbul edəcək. “Çelsi” isə həmin gün “Fulhem”lə qarşılaşacaq.