AZ

“Keşlə”nin sabiq futbolçusu millinin baş məşqçisi təyin olundu

“Keşlə”nin (hazırkı “Şamaxı”) sabiq futbolçusu Zurab Xizanişvili baş məşqçi təyin olunub.

Msport.az xəbər verir ki, o, Gürcüstanın U-19 yığmasını çalışdıracaq.

Bu barədə Gürcüstan Futbol Federasiyası məlumat yayıb. 44 yaşlı mütəxəssis daha əvvəl Gürcüstanın U-21 və əsas millisində köməkçi məşqçi, U-16-da isə baş məşqçi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Zurab Xizanişvili 2015-2017-ci illərdə ölkəmizdə “Keşlə”nin formasını geyinib.

Seçilən
67
41
msport.az

10Mənbələr