İngiltərəli mütəxəssis Liam Rosenyor “Çelsi”nin baş məşqçisi olacaq.
Msport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano paylaşım edib.
Son olaraq Fransanın “Strasburq” klubunda işləyən Rosenyor artıq Londondadır. Onun təyinatının bu həftə açıqlanacağı gözlənilir. “Strasburq” yeni baş məşqçi axtarışına da başlayıb.
Qeyd edək ki, “Çelsi” yanvarın 1-də Entso Mareskanı istefaya göndərib.