AZ

“Atletiko” xal itirdi

İspaniya La Liqasının 18-ci turu çərçivəsində “Real Sosyedad” və Madrid “Atletiko”su arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, oyun İspaniyanın San-Sebastyan şəhərində yerləşən “Reale Arena” stadionunda baş tutub. Matçın baş hakimi Alikantedən olan Xuan Martines Munuera olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 50-ci dəqiqədə Madrid təmsilçisinin hücumçusu Aleksandr Sörlot açıb. Cəm“Atletiko”i beş dəqiqə sonra, 55-ci dəqiqədə meydan sahiblərinin forvardı Qonsalu Gedeş bərabərlik qolunu vurub. Oyunun qalan dəqiqələrində tərəflər fərqlənə bilməyiblər.

Qeyd edək ki, “Real Sosyedad”ın rusiyalı yarımmüdafiəçisi Arsen Zaxaryan matçın 89-cu dəqiqəsində əvəzetmədən meydana daxil olub.

La Liqada 19 oyundan sonra Madrid “Atletiko”su 38 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Real Sosyedad” isə 18 oyundan sonra 18 xal toplayaraq 16-cı yerdə mövqe tutur.

Növbəti turda “Real Sosyedad” 9 yanvar tarixində səfərdə “Xetafe” ilə qarşılaşacaq. Madrid “Atletiko”su isə 19-cu tur oyununu dekabrın əvvəlində keçirib və həmin matçda “Barselona”ya 1:3 hesabı ilə məğlub olub.

Seçilən
123
7
90deqiqe.az

10Mənbələr