“Real”ın hücumçusu Qonsalo Qarsiya Torres İspaniya La Liqasının 18-ci turunda “Betis”lə keçirilən oyunda (5:1) het-trik edərək 21-ci əsrdə Madrid klubunun heyətində çox nadir bir nailiyyəti təkrarlayıb.
Publika.az xəbər verir ki, Qonsalo Qarsiya cari əsrdə La Liqada “Real” forması ilə ilk dəfə qol vurduğu matçda het-trik edən ikinci futbolçu olub. Bu barədə “Opta Sport” məlumat yayıb.
Daha əvvəl buna yalnız Rud van Nistelroy nail olub. Niderlandlı hücumçu 2006-cı ilin sentyabrında “Levante”yə qarşı oyunda (4:1) eyni göstəriciyə imza atıb.
Cari mövsümdə 21 yaşlı Qonsalo Qarsiya Torres “Real”ın heyətində bütün turnirlərdə 18 oyuna çıxıb, 418 dəqiqə meydanda olub, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.