41 yaşlı mütəxəssis Liam Rozenyorun “Çelsi”nin baş məşqçisi təyin olunmasına yaxın olduğu bildirilir.
90deqiqe.Az-ın "Qazeta.ru"ya istinadən məlumatına görə, hər hansı gözlənilməz hal baş verməzsə, Rozenyor “mavilər”in başında ilk oyununa artıq 7 yanvar, çərşənbə günü çıxacaq. Həmin gün “Çelsi” Premyer Liqa çərçivəsində səfərdə “Fulhem”lə qarşılaşacaq.
Xatırladaq ki, ötən bazar günü “Çelsi” “Mançester Siti” ilə keçirilən oyunda 1:1 hesablı heç-heçə əldə edib. Həmin görüşdə London klubuna müvəqqəti olaraq komandanın sükanı arxasında gənclər komandası məşqçisi Kalum Makfarlen rəhbərlik edib.
Qeyd edək ki, Liam Rozenyor “Çelsi”nin baş məşqçisi postunda Enso Mareskanı əvəz edəcək. İtaliyalı mütəxəssis son bir il yarım ərzində London klubunu çalışdırıb.