BAKI, 5 yanvar. TELEQRAF
ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyat zamanı mülki əhaliyə məxsus yaşayış evləri zədələnib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" yerli sakinlərə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, paytaxt Karakas yaxınlığında yerləşən Katiya-la-Mar şəhərində bir sıra evlər hərbi əməliyyatlar nəticəsində zədələnib və ya tamamilə dağılıb.
Zərərçəkənlərdən biri güclü partlayış səsləri ilə oyandığını bildirərək, möcüzə nəticəsində sağ qaldıqlarını deyib.
Neçə evin zərər gördüyü barədə dəqiq məlumat verilməyib.