AZ

Venesuelada öldürülən kubalıların sayı bəlli oldu: Kubada iki günlük matəm elan edildi

ABŞ-ın Nikolas Maduronu ələ keçirmək üçün Venesuelada keçirdiyi əməliyyat zamanı otuzdan çox kubalı həlak olub.

Publika.az xəbər verir ki, bu barədə rəsmi Havana məlumat yayıb. Kuba hökuməti bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək məqsədilə həyata keçirdiyi hücumlar zamanı 32 vətəndaşı öldürülüb.

Kuba hökuməti bazar günü axşam rəsmi sosial media səhifəsində bildirib ki, "Amerika Birləşmiş Ştatları hökuməti tərəfindən həyata keçirilən cinayətkar hücum nəticəsində Cənubi Amerika ölkəsindən olan həmkarlarının xahişi ilə İnqilabi Silahlı Qüvvələr və Daxili İşlər Nazirliyi adından tapşırıqları yerinə yetirərkən otuz iki kubalı döyüşdə həlak olub".

CNN-in məlumatına görə, Havana 5 və 6 yanvar tarixlərində qurbanların xatirəsinə iki günlük matəm elan edib, dəfn mərasiminin təşkili isə daha sonra açıqlanacaq.

Seçilən
103
38
publika.az

10Mənbələr