AZ

Tramp: ABŞ-nin Venesueladakı hərbi əməliyyatı zamanı çoxlu Kuba vətəndaşı ölüb

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuela lideri Nikolas Maduronu qoruyan çoxlu Kuba vətəndaşı Birləşmiş Ştatların Venesueladakı hərbi əməliyyatı zamanı həlak olub.

"Far.Az"un məlumatına görə, o, bu açıqlamanı Milad və Yeni il tətillərini Mar-a-Laqodakı iqamətgahında keçirdiyi Vest-Palm-Biçdən Vaşinqtona gedən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən verib.

"Bilirsiniz, dünən (yanvarın 3-də red) çoxlu kubalı öldü. Bu sizə məlumdur. Çoxlu kubalı öldü", - Tramp bildirib.

O, ABŞ tərəfində itki olmadığını bildirib. "Bizim tərəfdə ölüm olmayıb, amma təəssüf ki, digər tərəfdə çoxlu ölüm olub. Dünən onu qorumağa çalışan çoxlu kubalı öldü", - ABŞ lideri qeyd edib.

Kuba Prezidenti Migel Dias-Kanel öz növbəsində həlak olan həmvətənlərinin xatirəsini yad edərək bildirib ki, onlar yanvarın 3-də ABŞ-nin hərbçiləri tərəfindən qaçırılan Venesuela Prezidenti Nikolas Maduronu müdafiə edirlər. "Cəsur Kuba döyüşçülərinə şərəf və şöhrət", - Dias-Kanel sosial mediada yazıb.

Seçilən
105
50
far.az

10Mənbələr