AZ

ABŞ cəmiyyəti Venesuela müdaxiləsinin nəticələri ilə bağlı iki yerə bölünüb — SORGU

 "YouGov" şirkətinin bazar ertəsi açıqladığı sorğunun nəticələrinə görə, ABŞ-ın Venesuelaya hərbi müdaxiləsinin nəticələri barədə Amerika ictimaiyyəti kəskin fikir ayrılığı yaşayır.

Yanvarın 4-də 991 nəfər arasında keçirilən sorğuya əsasən, respondentlərin 35%-i əməliyyatın Venesuela üçün mənfi fəsadlar doğuracağını, 34%-i isə vəziyyəti yaxşılaşdıracağını düşünür.

Rəy bildirənlərin 9%-i hadisələrin nəzərəçarpacaq təsiri olmayacağını hesab edir, 22%-i isə suala cavab verməkdə çətinlik çəkib.

Siyasi baxışlar arasındakı uçurum kəskin şəkildə özünü büruzə verir: respublikaçıların 66%-i Vaşinqtonun addımlarından müsbət nəticə gözləyir, demokratların 54%-i isə müdaxilənin böhranı daha da pisləşdirəcəyinə əmindir.

Sorğunun statistik xəta payı 3,6 faiz bəndi təşkil edir.

N.Təbrizli

Seçilən
82
11
anews.az

10Mənbələr