AZ

Çörək və unun qiyməti il ərzində tədricən artacaq - Ekspert açıqladı

2025-cı ildən etibarən çörək və un məmulatlarının qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunub. Bu, həm gündəlik ailə büdcəsinə təsir edir, həm də ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Ekspertlər qiymət artımının dünya bazarındakı xammal qiymətləri, enerji resurslarının bahalaşması və daxili istehsal xərclərinin yüksəlməsi ilə əlaqəli olduğunu bildirirlər. Bəs, qiymət artımı 2026-cı ildə də davam edəcəkmi?

Mövzu ilə bağlı Missiya.Az-a danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, 2026-cı ildə çörək və digər un məmulatlarının qiymətində artım ehtimalı var:

"Ümumi inflyasiya 2026-cı ildə də Azərbaycanda 4–6% aralığında gözlənilir ki, bu qida məhsulları da daxil olmaqla qiymətləri yuxarı doğru təzyiq altında saxlaya bilər. Dövlət Statistika Komitəsi və Mərkəzi Bankın proqnozlarına görə inflyasiya hədəf daxilindədir, amma müəyyən təzyiqlər qalır.Un və çörək istehsalı xammalı olaraq bu məhsulların qiymətləri birbaşa inflyasiya, enerji və daşınma xərcləri, idxal amillərindən təsirlənir. Xarici bazarlarda un və çörək qiymətlərinin artdığına dair meyllər müşahidə olunur və 2026-cı il üçün bəzi ekspertlər mərhələli bahalaşma proqnozlaşdırırlar",- deyə o qeyd edib.

Ekspert vurğulayıb ki, digər ölkə təcrübələrində də un və çörəyin qiyməti il ərzində tədricən artmağa davam edib və bu, daxili bazarlar üçün də oxşar təzyiqlərin olacağını göstərir: 

"Ölkə daxilində rəsmi proqnozlarda inflyasiya nisbətən nəzarət altında saxlanılmağa çalışılsa da, qida məhsullarının qiymətində müəyyən artımlar istisna deyil və xüsusilə idxaldan asılı xammalların qiyməti yüksəlsə, çörək və un məmulatlarının qiyməti də artacaq.Bu artım kəskin olmaya bilər, lakin orta səviyyədə davam edə bilər. Dövlət sosial siyasəti və subsidiya mexanizmləri ilə qiymət artımının yumşaldılması da mümkündür",- deyə Akif Nəsirli əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
28
8
missiya.az

10Mənbələr