AZ

Medvedev: Karakas əməliyyatından sonra ABŞ Rusiyanı qınaya bilməz...

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini ABŞ-ın addımlarını “güclünün hüququ” adlandırıb...

Poliqon xəbər verir ki, Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin fikrincə, ABŞ Venesuelada keçirdiyi əməliyyatdan sonra Rusiyanı istənilən addıma görə qınamaq hüququnu itirib. Medvedev ABŞ-ın hərəkətlərini beynəlxalq münasibətlərdə “güclünün hüququnun” açıq nümunəsi kimi dəyərləndirib.

“İndi onların ölkəmizi hətta formal olaraq da qınamağa əsasları yoxdur”, deyə ruiyalı siyasətçi TASS Agentliyinə açıqlamasında bildirib.

Medvedev vurğulayıb ki, ABŞ-nin Venesuelada atdığı addımlar beynəlxalq hüququn seçici şəkildə tətbiq edildiyini açıq şəkildə nümayiş etdirir.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, eyni zamanda, ABŞ-ın oxşar əməliyyatı Ukrayna ərazisində də həyata keçirə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, Kiyev sülh razılaşmasından imtina edərsə, Vaşinqton belə bir ssenariyə əl ata bilər.

Xatırladaq ki, 3 yanvarda ABŞ Venesuelaya zərbələr endirib və ölkə prezidenti Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə ölkədən çıxarıb. ABŞ hakimiyyəti Maduronu narkoterrorizm məqsədilə əlbir olmaqda, kokain daşınmasında və silah saxlanılmasında ittiham edir.

Poliqon.info

Seçilən
58
38
poliqon.info

10Mənbələr