AZ

Gəlinini doğrayıb zibil qutusuna atan qayınatadan XƏBƏR VAR

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda 32 yaşlı gəlinini qətlə yetirdikdən sonra meyiti parçalara bölərək zibil qutusuna atan qayınata - İdris Məhərrəmov barəsindəki qərardan yenidən verilən kassasiya şikayətinin bəzi detalları məlum olub.Bizim.Media xəbər verir ki, Ali Məhkəmənin hakimi Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, məhkəmənin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti, habelə məhkumun digər müdafiəçisi tərəfindən apellyasiya şikayətinə əlavə verilib.

 

Bakı Apellyasiya Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və ona əlavə təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılıb.

Həmin qərardan məhkumun müdafiəçisi kassasiya şikayəti verib. Ali Məhkəmənin 15 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti İdris Məhərrəmovun öz ərizəsinə əsasən baxılmadan geri qaytarılıb.Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin həmin 28 mart 2022-ci il tarixli qərarından müdafiəçi tərəfindən təkrar kassasiya şikayəti verilib. Ali Məhkəmənin 23 avqust 2023-cü il tarixli qərarı ilə bu kassasiya şikayəti də məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılıb.Daha sonra - 19 avqust 2025-ci il tarixdə İdris Məhərrəmovun müdafiəçisi yenidən kassasiya şikayəti verərək, eyni zamanda kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli qərarı ilə müdafiəçinin vəsatəti təmin edilməyib.

 

Bu qərardan narazı qalan məhkumun müdafiəçisi kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, habelə Bakı Apellyasiya Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edib.

Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə təmin edilməməsi barədə çıxışlarını dinləyərək belə qənaətə gəlib ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.Qeyd: 2021-ci il yanvarın 27-də paytaxtın Nəsimi rayonu Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub.Araşdırmalarla məlum olub ki, 32 yaşlı Banı Məhərrəmova Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində qayınatası, Babək rayon sakini İ.Məhərrəmov tərəfindən qətlə yetirilib. Daha sonra meyiti doğranaraq Nəsimi rayonunda yerləşən zibil qutusuna atılıb.İdris Məhərrəmov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. (Pravda.az)Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
94
5
bizim.media

10Mənbələr