AZ

Medvedev: Neonasist Mertsi də oğurlamaq lazımdır...

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Maduronun oğurlanması fonunda digər ölkələrin liderlərinə qarşı əməliyyat ssenarilərindən danışıb...

Poliqon xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Venesueladakı hadisələrdən sonra oxşar “yaxalama” əməliyyatlarının digər ölkələrin liderlərinə qarşı da həyata keçirilə biləcəyini açıqlayıb. O, xüsusilə Almaniya kansleri Fridrix Merts barədə nümunə gətirib və onu “karnevallıq serialda maraqlı süjet dönüşü” kimi qiymətləndirib.

“Neonasist Fridrix Mertsin oğurlanması əla karnavallıq serial olardı”, deyə Rusiyanın sabiq prezidenti vurğulayıb.

Medvedev bildirib ki, belə bir ssenaridə realizm elementi mövcuddur və Mertsə qarşı Almaniyada da hüquqi təqib səbəbləri var. O əlavə edib ki, bu halda alman vətəndaşları zərər çəkməyəcək.

Rusiya rəsmisi bu bəyanları TASS Agentliyinə verdiyi müsahibəsində səsləndirib.

Poliqon.info

Seçilən
57
34
poliqon.info

10Mənbələr