"Bavariya"nın futbolçusu Lennart Karl gələcək planlarından danışıb.
QOL.az "Sky Sports"a istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi "Real"da oynamaq arzusunda olduğunu bildirib:
"Bavariya" böyük bir klubdur. Burada oynamaq nağıl kimidir. Amma nə vaxtsa, mütləq "Real"a keçmək istəyirəm. Çünki "Real" mənim xəyalımdakı klubdur"
Qeyd edək ki, Lennart Karl cari mövsüm "Bavariya"da 21 matça çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.