AZ

Qəzada yaralanan 10 yaşlı Sərxanın vəziyyəti açıqlandı - Video 

Dekabrın 25-i yol-nəqliyyat hadisəsində başından xəsarət alan 10 yaşlı Sərxanın vəziyyəti açıqlanıb...

Poliqon xəbər verir ki, Mərkəzi Klinik Xəstəxanadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, xəstənin vəziyyəti orta-ağır olaraq qalır: "Sərxan Hüseynli pediatrik Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti orta-ağır stabil olaraq qalır".

Xatırladaq ki, hadisə Bakının mərkəzi küçələrindən birində baş verib. Qəza zamanı piyada səkisində olan 10 yaşlı Sərxanın başına yol nişanı çırpılıb.  

Poliqon.info

Seçilən
81
10
poliqon.info

10Mənbələr