AZ

Qəzada yaralanan 10 yaşlı Sərxanın vəziyyəti açıqlandı

Dekabrın 25-i yol-nəqliyyat hadisəsində başından xəsarət alan 10 yaşlı Sərxanın vəziyyəti açıqlanıb.

Far.Az xəbər verir ki, Mərkəzi Klinik Xəstəxanadan qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, xəstənin vəziyyəti orta-ağır olaraq qalır: "Sərxan Hüseynli pediatrik Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti orta-ağır stabil olaraq qalır".

Xatırladaq ki, hadisə Bakının mərkəzi küçələrindən birində baş verib.

Qəza zamanı piyada səkisində olan 10 yaşlı Sərxanın başına yol nişanı çırpılıb.

Seçilən
113
10
far.az

10Mənbələr