AZ

Neft bazarında sürətli dəyişiklik olmayacaq - İqtisadçı

"Venesuela ilə bağlı hadisələrin Azərbaycan iqtisadiyyatına mənfi təsiri, xüsusilə, neftin ucuzlaşması ehtimalını real təhlükə hesab etmirəm. Bu, tədrici proses ola bilər".

Bu sözləri Modern.az-a açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

O hesab edib ki, bununla belə qeyri-neft sektorunun inkişafı davamlı olmalıdır:

"Azərbaycan dünya neft ixracatçısı kimi cəmi 7-8% paya sahibdir. Risklər də çox ola bilməz.

Düşünmürəm ki, vəziyyət Azərbaycan iqtisadiyyatına yaxın və orta yaxın gələcəkdə təsir göstərsin.

Əvvəla ona görə ki, dünya neft ixracı bazarında Azərbaycanın payı 7-8 faizdir. Az pay ziyanın çəkisini də azaldır.

Venesuelanın neft hasilatı embarqo təsiri ilə ilbəil zəifləyirdi. Böyük sərvətə sahib olmaq kifayət etmir. Yataqların işlənməsi və bazara çıxış sərvətin özü qədər önəmli faktordur".

"Neftin çoxalması idxalçılar üçün yeni imkanlardır", - deyə iqtisadçı əlavə edib.

Seçilən
78
16
modern.az

10Mənbələr