ain.az, Oxu.az portalına istinadən məlumat verir.
Naxçıvan Muxtar Respublikasının (MR) 2026-cı il büdcəsi təsdiq edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qanun imzalayıb.
MR-in 2026-cı il büdcə gəlirləri 483 milyon 178 min manat, xərclərinin 483 milyon 178 min manat məbləğində nəzərdə tutulub.
2026-cı il üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsinə nəzər saldıqda gəlir mənbələri üzrə 2025-ci ilə nisbətən 64 milyon 120 min manat və ya 30,9 faiz artım müşahidə olunur.
Həmçinin 2026-cı il üzrə büdcə gəlirləri ilk dəfə olaraq ayrılmış dotasiya məbləğini üstələyib.
Xatırladaq ki, 2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 211.6 milyon manatı və yaxud 0.5%-i Naxçıvanın büdcəsinə verilən dotasiyanın payına düşəcək.
Məlik Məlikov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.