
Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi təsdiq edilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov qanun imzalayıb.
Qanuna əsasən, Muxtar Respublikanın 2026-cı il büdcəsinin gəlirləri 483.178.000,0 manat (o cümlədən, muxtar respublikanın vergilər, rüsumlar və digər ödənişləri 271.550.000,0 manat, Azərbaycan Respublikasının dövlət büdcəsindən daxil olan dotasiya (transfertin yuxarı həddi) 211.628.000,0 manat), xərcləri isə 483.178.000,0 manat məbləğində təsdiq edilib.
O cümlədən, mərkəzləşdirilmiş gəlirlər 441.623.200,0 manat, yerli gəlirlər 41.554.800,0 manat, mərkəzləşdirilmiş xərclər 436.628.600,0 manat, yerli xərclər isə 46.549.400,0 manat təşkil edir.