Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp, Ukraynanın guya Vladimir Putinin Valdaydakı iqamətgahına hücum etməsi xəbərinə inanmadığını açıq şəkildə təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə jurnalistlərə şərhində bildirib.
Jurnalistlər Trampa xatırladıblar ki, o, əvvəlcə Ukraynanın Valdaya hücum iddiasına görə, Prezident Zelenskiyə qarşı çox qəzəbli olduğunu demişdi. Cavabında Tramp qeyd edib ki, "belə bir zərbənin ümumiyyətlə baş verdiyinə inanmır".
"Yaxınlıqda həqiqətən nəsə baş verib, lakin bunun məsələyə heç bir aidiyyatı yox idi", – deyə ABŞ prezidenti əlavə edib.
O, həmçinin niyə əvvəlcə Putinə inandığını və Ukraynanı ittiham etdiyini izah edib:
"O zaman heç kim heç nə bilmirdi. Mən bu barədə ilk dəfə məhz həmin an eşitdim. O (Putin) dedi ki, evinə hücum ediblər. Biz bunun baş verdiyinə inanmırıq – hər halda, yoxlaya bildiyimiz indiki məqamda inanmırıq. Lakin o zaman bu barədə ilk dəfə eşidirdik", – deyə o bildirib.
Tramp həmçinin qeyd edib ki, hazırda Ukraynadakı müharibə ABŞ-a heç bir maliyyə yükü yaratmır, əksinə mənfəət gətirir:
"Bilirsiniz, bu bizə heç nəyə başa gəlmir. Əslində biz hətta qazanırıq. Bayden 350 milyard dollar verdi – sadəcə bağışladı. Mən isə bu pulun böyük hissəsini geri qaytardım, çünki biz nadir tapılan torpaq resursları (rare-earth elements) ilə bağlı saziş bağladıq. Biz bu pulların çoxunu geri qaytaracağıq – bəlkə hamısını, bəlkə də hamısından çoxunu. İndi biz nə isə göndərəndə bizə pul ödəyirlər, onlar ödəyirlər", – deyə Tramp bəyan edib.
Xatırladaq ki, Rusiya dekabrın 29-dan bəri Ukraynanın zərbə dronları ilə Vladimir Putinin iqamətgahına hücum etməyə çalışdığını, lakin bütün aparatların vurulduğunu iddia edirdi. Putin hətta ABŞ prezidentinə zəng edərək ukraynalıların onu öldürməyə çalışdığından şikayətlənmişdi.
Daha sonra Amerika mediasında sızan məlumatlara görə, ABŞ kəşfiyyat xidmətləri, xüsusən də MKİ (CIA), Ukrayna dronlarının Putinin iqamətgahını hədəf almadığı qənaətinə gəlib və bu nəticəni prezidentə çatdırıb.
Alpər
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.