AZ

Nüvə silahlanması: Dünya təhlükəli yarışın ASTANASINDA

Yeni START Müqaviləsinin (Strategic Arms Reduction Treaty) başa çatması böyük dövlətlər arasında yeni nüvə silahlanma yarışına səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu barədə "Responsible Statecraft" nəşri məlumat yayıb.

Bildirilir ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının müqaviləni əvəz etmək üçün təcili planları yoxdur. Bu isə riskləri artırır.

Qeyd edək ki, Yeni START Müqaviləsi ABŞ və Rusiya üçün yerləşdiriləcək nüvə başlıqlarının sayını 1550 ilə məhdudlaşdırır. Həmçinin, 700 çatdırılma vasitəsi və 800 buraxılış qurğusu limiti müəyyən edir. Müqavilə 2021-ci ildə beş il müddətinə uzadılıb, lakin Rusiya ABŞ-ın Ukraynaya yardımı səbəbindən 2023-cü ildə iştirakını dayandırıb və Vaşinqton öhdəliklərini qismən pozub.

Tramp daha əlverişli bir razılaşma planlarını açıqlayıb, lakin ekspertlər onun uğur qazanacağına şübhə ilə yanaşırlar.

Seçilən
84
15
publika.az

10Mənbələr