AZ

Türkiyə Superkuboku: "Qalatasaray" yarımfinalda "Trabzonspor"la üz-üzə gələcək

Bakı, 5 yanvar, AZƏRTAC

Bu gün futbol üzrə Türkiyə Superkubokunda ilk yarımfinal oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, "Qalatasaray" finala gedən yolda "Trabzonspor"la üz-üzə gələcək.

Qaziantep Böyükşəhər Stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Bu raundun digər görüşü yanvarın 6-da “Fənərbağça” və “Samsunspor” komandaları arasında gerçəkləşəcək.

Final matçı yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq.

 

Seçilən
174
1
azertag.az

2Mənbələr