AZ

"Qalatasaray" bu gün yarımfinalda "Trabzonspor"la üz-üzə gələcək

Bu gün futbol üzrə Türkiyə Superkubokunda ilk yarımfinal oyunu keçiriləcək.

“İki sahil” xəbər verir ki, "Qalatasaray" finala gedən yolda "Trabzonspor"la üz-üzə gələcək.

Qaziantep Böyükşəhər Stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Bu raundun digər görüşü yanvarın 6-da “Fənərbağça” və “Samsunspor” komandaları arasında gerçəkləşəcək.

Final matçı yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq.

Seçilən
124
1
ikisahil.az

2Mənbələr