AZ

Özbəkistanda avtobus aşıb, iki nəfər ölüb, doqquz nəfər yaralanıb » AzadMedia.az


Özbəkistanın Nəvai rayonunda içərisində 47 sərnişinin olduğu avtobus yoldan çıxaraq aşıb.

Bu barədə Nəvai vilayəti Daxili İşlər İdarəsindən bildirilib.

Nəvai-Uçkuduk avtomobil yolunda baş vermiş qəza nəticəsində iki sərnişin yerindəcə ölüb, müxtəlif dərəcəli xəsarətlər alan doqquz nəfər xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.
Seçilən
18
3
azadmedia.az

4Mənbələr