AZ

Avtobus aşıb, 2 nəfər ölüb, 9 nəfər yaralanıb

Özbəkistanın Nəvai rayonunda içərisində 47 sərnişinin olduğu avtobus yoldan çıxaraq aşıb.

Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Nəvai vilayəti Daxili İşlər İdarəsindən bildirilib.

Nəvai-Uçkuduk avtomobil yolunda baş vermiş qəza nəticəsində iki sərnişin yerindəcə ölüb, müxtəlif dərəcəli xəsarətlər alan doqquz nəfər xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

Seçilən
66
3
avtosfer.az

4Mənbələr