AZ

Ötən ay 25 aptekdə yoxlama aparılıb

Ötən

Ötən ilin dekabr ayı ərzində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 25 aptekdə yoxlama həyata keçirilib.

Mərkəzdən 1news.az-a verilən məlumata görə, həmin yoxlamalardan 9-u Bakıda, 16-sı isə respublikanın digər şəhər və rayonlarındakı apteklərdə aparılıb.

Aparılmış yoxlamalar nəticəsində 7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb və həmin hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 7 protokol tərtib edilib.

Seçilən
62
3
1news.az

7Mənbələr