AZ

7 aptekdə nöqsan aşkarlandı

Ötən ilin dekabr ayı ərzində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 25 aptekdə yoxlamalar aparılıb.

Mərkəzdən bildirilib ki, yoxlamalardan 9-u Bakıda, 16-sı isə respublikanın digər şəhər və rayonlarındakı apteklərdə həyata keçirilib.

Aparılmış yoxlamalar zamanı 7 aptekdə müxtəlif nöqsanlar aşkar olunub və həmin hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 7 protokol tərtib edilib.

DOĞRU.AZ 

Seçilən
17
3
dogru.az

7Mənbələr