AZ

"Qəbələ" Keytanın transferini açıqlayıb

"Qəbələ" qış fasiləsində ilk transferini reallaşdırıb.

Far.Az kluba istinadən xəbər verir ki, Seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə 6 ay +1 illik müqavilə imzalanıb.

Onun son klubu "Panevejis" (Litva) olub. Keyta buna qədər "Al Tadamon" (Küveyt), "Liepaya" (Latviya), "Mölde" (Norveç) və "Diambars" (Seneqal) komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, Keyta "Qəbələ"də 33 nömrəli formada çıxış edəcək.

Seçilən
109
22
far.az

10Mənbələr