Bakı. Trend:
"Qəbələ" qış fasiləsində ilk transferini reallaşdırıb.
Klubdan Trend-əverilən məlumata görə, bölgə təmsilçisi seneqallı mərkəzmüdafiəçisi Seydina Keyta ilə "6 ay +1 illik" müqaviləimzalayıb.
Onun son klubu "Panevejis" (Litva) olub. Keyta buna qədər "AlTadamon" (Küveyt), "Liepaya" (Latviya), "Mölde" (Norveç) və"Diambars" (Seneqal) komandalarının şərəfini qoruyub.
Qeyd edək ki, Keyta "Qəbələ"də "33" nömrəli formada çıxışedəcək.