AZ

“Turan Tovuz” Rumıniya klubu ilə qarşılaşacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Turan Tovuz”un yoxlama oyunlarındakı rəqiblərindən biri bəlli olub.

Msport.az xəbər verir ki, qərb təmsilçisi yanvarın 10-da Rumıniyanın “Hermanştadt” kollektivi ilə üz-üzə gələcək.

“Turan Tovuz” növbəti görüşünü yanvarın 17-də keçirəcək. Həmin matçdakı rəqibin adına bu gün aydınlıq gələcək.

Qeyd edək ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.

Seçilən
53
4
msport.az

7Mənbələr