Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" komandasının yoxlama oyunlarındakı rəqiblərindən daha biri bəlli olub.
Klubdan "Far.Az"a verilən məlumata görə, qərb təmsilçisi yanvarın 10-da Rumıniyanın "Hermanştadt" kollektivi ilə üz-üzə gələcək.
"Turan Tovuz" növbəti görüşünü yanvarın 17-də Polşa təmsilçisi "Poqon"a qarşı keçirəcək.
Qeyd edək ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" komandasının yoxlama oyunlarındakı rəqiblərindən biri bəlli olub.
"Far.Az"un əldə etdiyi məlumata görə, qərb təmsilçisi yanvarın 10-da Rumıniyanın "Hermanştadt" kollektivi ilə üz-üzə gələcək.
"Turan Tovuz" növbəti görüşünü yanvarın 17-də keçirəcək. Həmin matçdakı rəqibin adına bu gün aydınlıq gələcək.
Qeyd edək ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.