AZ

Türkiyə Superkubokunda növbəti finalçı bəlli olur

Yazını böyüt
Yazını kiçilt

Bu gün futbol üzrə Türkiyə Superkubokunda yarımfinalın digər oyunu keçiriləcək.

Hafta.az xəbər verir ki, "Fənərbağça" finala gedən yolda "Samsunspor"la üz-üzə gələcək.

Yeni Adana arenasında reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Bu raundun ötən gün keçirilən ilk matçında "Qalatasaray" "Trabzonspor"a 4:1 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb.

Final görüşü yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq.

Seçilən
26
5
hafta.az

8Mənbələr