AZ

Türkiyə Superkubokunda bu gün növbəti finalçı bəlli olur

Bu gün futbol üzrə Türkiyə Superkubokunda yarımfinalın digər oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, "Fənərbağça" finala gedən yolda "Samsunspor"la üz-üzə gələcək.

Yeni Adana arenasında reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Bu raundun ötən gün keçirilən ilk matçında "Qalatasaray" "Trabzonspor"a 4:1 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb.

Final görüşü yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq.

Bizim.Media

Seçilən
76
5
bizim.media

8Mənbələr