Bu gün futbol üzrə Türkiyə Superkubokunda yarımfinalın digər oyunu keçiriləcək.
Bizim.Media xəbər verir ki, "Fənərbağça" finala gedən yolda "Samsunspor"la üz-üzə gələcək.
Yeni Adana arenasında reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Bu raundun ötən gün keçirilən ilk matçında "Qalatasaray" "Trabzonspor"a 4:1 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb.
Final görüşü yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта