Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı il Namizədlər Turnirinin iştirakçılarının siyahısını rəsmən təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə FIDE məlumat yayıb.
Bildirilib ki, yarış martın 29-dan aprelin 15-dək Kiprin cənub-qərb sahilində Pafos yaxınlığındakı hoteldə keçiriləcək.
Kişilər: Andrey Yesipenko (Rusiya), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi də ABŞ), Aniş Giri (Niderland), Mattias Blubaum (Almaniya), Vey İ (Çin), Javohir Sindarov (Özbəkistan), Rameşbabu Praqnanandha (Hindistan).
Qadınlar: Aleksandra Qoryaçkina, Yekaterina Laqno (hər ikisi Rusiya), Çju Sziner, Tan Çjunyi (hər ikisi Çin), Divya Deşmux, Hampi Koneru, Rameşbabu Vayşali (hamısı Hindistan), Bibisara Asaubayeva (Qazaxıstan).
İki turnir - (açıq) FIDE Namizədlər Turniri və FIDE Qadın Namizədlər Turniri yan-yana keçiriləcək.
Tədbirin minimum mükafat fondu 1 000 000 avrodur.
Qeyd edək ki, bu turnirdə Azərbaycandan heç kim şahmatçı iştirak etməyəcək.


Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta