ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı il Namizədlər Turnirinin iştirakçılarının siyahısını rəsmən təsdiqləyib.Bizim.Media xəbər verir ki, bu barədə FIDE məlumat yayıb.Bildirilib ki, yarış martın 29-dan aprelin 15-dək Kiprin cənub-qərb sahilində Pafos yaxınlığındakı hoteldə keçiriləcək.Kişilər: Andrey Yesipenko (Rusiya), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi də ABŞ), Aniş Giri (Niderland), Mattias Blubaum (Almaniya), Vey İ (Çin), Javohir Sindarov (Özbəkistan), Rameşbabu Praqnanandha (Hindistan).Qadınlar: Aleksandra Qoryaçkina, Yekaterina Laqno (hər ikisi Rusiya), Çju Sziner, Tan Çjunyi (hər ikisi Çin), Divya Deşmux, Hampi Koneru, Rameşbabu Vayşali (hamısı Hindistan), Bibisara Asaubayeva (Qazaxıstan).İki turnir - (açıq) FIDE Namizədlər Turniri və FIDE Qadın Namizədlər Turniri yan-yana keçiriləcək.Tədbirin minimum mükafat fondu 1 000 000 avrodur.Qeyd edək ki, bu turnirdə Azərbaycandan heç kim şahmatçı iştirak etməyəcək.

Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.