AZ

“Xankəndi” baş məşqçi ilə yolları ayırdı

Türkiyəli mütəxəssis İbrahim Uzunca Azərbaycan II Liqasında çıxış edən "Xankəndi" komandasının baş məşqçi vəzifəsindən ayrılıb.

Bu barədə bölgə təmsilçisindən məlumat verilib.

O, "Xankəndi" Futbol Akademiyasında uşaq futbolu üzrə koordinator vəzifəsinə təyin olunub.

Yeni vəzifəsində İbrahim Uzunca klubun uşaq futbolunun inkişafı və akademiya sisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.

Komandanın yeni baş məşqçisinin yaxın günlərdə bəlli olacağı vurğulanıb.

"Cebheinfo.az"

Seçilən
86
12
cebheinfo.az

10Mənbələr