AZ

Uzuncanın "Xankəndi"dəki vəzifəsi dəyişdi - RƏSMİ

“Xankəndi”də yeni kadr təyinatı həyata keçirilib.

"Football-plus.az" xəbər verir ki, qarşılıqlı razılaşma əsasında klubun baş məşqçisi vəzifəsindən ayrılan türkiyəli mütəxəssis İbrahim Uzunca, “Xankəndi Futbol Akademiyası”nda uşaq futbolu üzrə koordinator vəzifəsinə təyin olunub.

İbrahim Uzunca klubun uşaq futbolunun inkişafı və akademiya sisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.

“Xankəndi”nin yeni baş məşqçisinin kimliyi ilə bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.

Seçilən
65
4
football-plus.az

10Mənbələr