AZ

Maduronun ətrafından çox təkliflər aldıq, lakin... – Trampdan maraqlı açıqlama

ABŞ-la Venesuela rəsmiləri arasında Nikolas Maduronu ələ keçirmək üçün heç bir razılaşma olmayıb.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NBC News-a verdiyi müsahibədə deyib. Jurnalistin "Venesueladakı hər hansı bir məmurla Maduronu vəzifədən uzaqlaşdırmaq üçün hər hansı bir razılaşma əldə edilib-edilmədiyi" ilə bağlı sualına cavab olaraq Tramp Maduronun ətrafından belə təkliflər aldıqlarını, lakin qəbul etmədiklərini deyib: "Çox adam razılaşma əldə etmək istədi, amma biz bunu bu şəkildə etməyə qərar verdik".

Ağ Ev rəhbəri əməliyyatın Maduronun yaxın çevrəsinin köməyi olmadan həyata keçirildiyini vurğulayıb. Trampın sözlərinə görə, Vaşinqton bu məsələdə Venesuela elitasının vasitəçiliyini qəsdən rədd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
113
17
olaylar.az

10Mənbələr