ain.az bildirir, Unikal.az portalına istinadən.
ABŞ prezidenti Donald Tramp etirazçıları öldürəcəyi təqdirdə "İrana sərt zərbələr endirəcəyinə" söz verib.
"Unikal" xəbər verir ki, bu barədə o, İrandakı davam edən etirazları şərh edərkən danışıb.
"İzdiham o qədər çoxdur ki, nəticədə insanlar ölüb", - deyə Tramp qeyd edib.
ABŞ prezidenti həmçinin İran xalqına müraciət edərək bildirib ki, vətəndaşlar "azadlığa inanmalıdırlar". O əlavə edib ki, ABŞ etirazları yaxından izləyir.
“Bunu demək istəmirdim, amma deyəcəyəm — onların vəziyyəti yaxşı deyil. Onlar çox pis durumdadırlar. Mən onlara açıq şəkildə bildirmişəm ki, əgər insanlar öldürülməyə başlasa — hansı ki, etirazlar zamanı bunu tez-tez edirlər — biz onları çox sərt şəkildə vuracağıq”, - deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, etirazlar artıq onuncu gününə qədəm qoyub və ən azı 92 şəhərdə keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.