![]() |
| İran qarışır, ABŞ hədələyir, Rusiya qonaq gözləyir |
Paylaşımın yeni variantları isə birbaşaRusiya və İrana ayrı-ayrılıqda mesajmahiyyəti daşıyır. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi fonunda Vaşinqton ilə Moskva arasında münasibətlər son illər xüsusilə gərgindir. Eyni zamanda, dekabrın 28-də İranda başlamış kütləvi etiraz aksiyaları Vaşinqton-Tehran qarşıdurmasını yenidən gündəmə gətirib. Belə ki, Donald Tramp aksiyalar fonunda yanvarın 2-də İran xalqına müraciət ünvanlayıb: "Vaşinqton sizə hər an dəstək göstərməyə hazırdır".

Dövlət Departamentinin ingiliscə "X" hesabında yerləşdiriləndaha bir paylaşımda nəzərə çarpır. Burada da Donald Trampın ağ-qara təsviri üzərində yazılıb: "Bu, bizim yarımkürəmizdir. Prezident Tramp təhlükəsizliyimizin hədələnməsinə imkan verməyəcək". İfadələrdən aydın görünür ki, Vaşinqton ölkənin təhlükəsizliyinə naminə qətiyyətli addımlar atmaq niyyətindədir.
Firudin Həmidli
AzVision.az
