AZ

Dövlət Departamenti: Trampla oyun oynamayın

Azvision saytına istinadən ain.az xəbər verir.

Paylaşımlarda ABŞ Prezidenti Donald Trampın fotusu tünd ağ-qara effektlə verilib. Bu foto yanvarın 3-də o, venesuelalı həmkarı Nikolas Maduronun ələ keçirilməsi barədə mətbuata açıqlama verərkən çəkilmişdi. Paylaşımın ingiliscə variantı da məhz həmin gün hesaba yerləşdirilib. Fotoda qırmızı şriflə "Prezident Trampla oyun oynamayın"; əlavə mətndə isə "Prezident Tramp konkret iş adamıdır. Bilmirdinizsə, indi bilirsiniz" yazılıb. Əlbəttə, bu ifadələr Nikolas Maduronun bir neçə saat ərzində tutulub ABŞ-yə aparılması əməliyyatına işarədir.

İran qarışır, ABŞ hədələyir, Rusiya qonaq gözləyir

Paylaşımın yeni variantları isə birbaşa Rusiya və İrana ayrı-ayrılıqda mesaj mahiyyəti daşıyır. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi fonunda Vaşinqton ilə Moskva arasında münasibətlər son illər xüsusilə gərgindir. Eyni zamanda, dekabrın 28-də İranda başlamış kütləvi etiraz aksiyaları Vaşinqton-Tehran qarşıdurmasını yenidən gündəmə gətirib. Belə ki, Donald Tramp aksiyalar fonunda yanvarın 2-də İran xalqına müraciət ünvanlayıb: "Vaşinqton sizə hər an dəstək göstərməyə hazırdır".

Dövlət Departamentinin ingiliscə "X" hesabında yerləşdirilən daha bir paylaşım da nəzərə çarpır. Burada da Donald Trampın ağ-qara təsviri üzərində yazılıb: "Bu, bizim yarımkürəmizdir. Prezident Tramp təhlükəsizliyimizin hədələnməsinə imkan verməyəcək". İfadələrdən aydın görünür ki, Vaşinqton ölkənin təhlükəsizliyi naminə qətiyyətli addımlar atmaq niyyətindədir. Firudin Həmidli

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
1
azvision.az

2Mənbələr