Bakıda Təcili Tibbi Yardım Stansiyasının həyətində meyit tapılıb. 1news.az-ınAPA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda baş verib. Məlumata görə, 1968-ci il təvəllüdlü Ruslan Nadirov 2 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində ölüb. Onun tüfeyli həyat tərzi keçirdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.