Bakıda Təcili Tibbi Yardım Stansiyasının həyətində meyit tapılıb.
Hadisə yanvarın 5-də, saat 3-də paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü Ruslan Nadirov 2 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində ölüb. Onun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.