Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Tovuz rayonunun Abulbəyli kəndində restoranda yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, ümumi sahəsi 500 m² olan talvarın altında tikilən restorana bitişik sahəsi 10 m² olan manqalxananın tüstü bacasında yağ qalıqları və bacanın ətrafı 2 m² sahədə yanıb.
Bitişik restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.