Tovuz rayonunun Abulbəyli kəndində restoranda yanğın olub.
"Cebheinfo.az" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, ümumi sahəsi 500 m² olan talvarın altında tikilən restorana bitişik sahəsi 10 m² olan manqalxananın tüstü bacasında yağ qalıqları və bacanın ətrafı 2 m² sahədə yanıb.
Bitişik restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
"Cebheinfo.az"