AZ

Braziliyalı müdafiəçi “Araz Naxçıvan”da

Qış fasiləsinə turnir cədvəlinin birinci pilləsində yollanan “Araz-Naxçıvan” transfer çalışmalarına başlayıb.

Bizim.Media xəbər verir ki, "qırmızı-ağlar" braziliyalı müdafiəçi Jan Karlos Perreyra Kostayla anlaşıb.

Son klubu Polşanın “Darkomp Vilanov” klubu olan 33 yaşlı futzalçı “5 ay+1 il” müddətinə son çempionun formasını geyinəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” qış fasiləsi zamanı braziliyalı “stolb” Karlos Bertuola ilə yollarını ayırıb.

Bizim.Media

Seçilən
34
6
bizim.media

10Mənbələr