“Araz-Naxçıvan” futzal klubu transfer çalışmalarına başlayıb.
"Football-plus.az" xəbər verir ki, “qırmızı-ağlar” braziliyalı müdafiəçi Jan Karlos Perreyra Kostayla anlaşıb. Son klubu Polşanın “Darkomp Vilanov” komandası olan 33 yaşlı futzalçı “5 ay+1 il” müddətinə son çempionun formasını geyəcək.
Xatırladaq ki, “Araz-Naxçıvan” qış fasiləsi zamanı braziliyalı “stolb” Karlos Bertuola ilə yollarını ayırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta