ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suriya ordusunun hərbçiləri və “Suriya Demokratik Qüvvələri” arasında silahlı toqquşma yaşanıb.
APA “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, nəticədə Suriya təhlükəsizlik qüvvələrindən bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Toqquşmalar Hələb şəhərində qeydə alınıb.
Suriyanın Müdafiə Nazirliyi hücumun SDQ tərəfindən həyata keçirildiyini və bunun hökumətlə silahlı qruplaşma arasında olan razılaşmalara zidd olduğunu vurğulayıb.
Qeyd edək ki, SDQ ötən ilin sonuna qədər Suriya ordusuna inteqrasiya edilməli idi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.